Əsas məzmuna keç

Prezident İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə olunub, bu yaxınlarda xarici işlər nazirləri səviyyəsində aparılan siyasi...

Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Respublikasının Baş nazirinin müavini, və Avropa məsələləri naziri Tanya Fayonu qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə olunub, bu yaxınlarda xarici işlər nazirləri səviyyəsində aparılan siyasi məsləhətləşmələr qeyd edilib.

Azərbaycanın Balkan ölkələri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini deyib.

Görüşdə ölkəmizin enerji sahəsində Balkan regionu, o cümlədən Sloveniya ilə əməkdaşlığının inkişafına toxunulub və bu sahədə perspektivlərə dair fikir mübadiləsi aparılıb. İqtisadi-ticari münasibətlərimizin genişləndirilməsi üçün iki ölkənin biznes dairələri arasında əlaqələrin inkişafının vacibliyi vurğulanıb.

Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti qeyd edilib. Bu dəhlizin Avropa ilə Çin arasında iqtisadi-ticari əlaqələrin inkişafında mühüm nəqliyyat arteriyalarından biri olduğu bildirilib və bunun Sloveniya şirkətləri üçün də əlverişli imkanlar yaratdığı vurğulanıb. Bu xüsusda, Azərbaycanın və Sloveniyanın limanları arasında məsələləri müzakirə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonu qəbul edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…