Operativ Məlumat Mərkəzi

Prezident İlham Əliyev Polşanın dövlət başçısını təbrik edib

2 dəq
Paylaş:
Prezident İlham Əliyev Polşanın dövlət başçısını təbrik edib

İlham Əliyev Polşanın Andjey Dudaya göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Polşa arasındakı dostluq və əlaqələri zəngin ənənələrə malikdir. Bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimizin hazırkı inkişaf səviyyəsi, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığımız məmnunluq doğurur.

İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda, xüsusilə də Avropa İttifaqı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da genişlənməsinə nail olacağıq.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Polşa xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax