Əsas məzmuna keç

Prezident İlham Əliyev Konqonun Prezidentinə məktub ünvanlayıb

Prezident İlham Əliyev Konqonun Prezidentinə məktub ünvanlayıb

məktubda deyilir: "Hörmətli cənab Prezident, Konqo Respublikasının müstəqilliyinin 65-ci ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz...

İlham Əliyev Respublikasının Prezidenti Deni Sassu Nqessoya məktub ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Konqo Respublikasının müstəqilliyinin 65-ci ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan ilə Konqo arasında münasibətlərin yüksələn xətt üzrə etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Sizin keçən il ölkəmizə iki səfəriniz əməkdaşlığımızın genişlənməsinə əhəmiyyətli təkan vermişdir.

Hazırda Azərbaycan ilə Konqo arasında formalaşmış dostluq münasibətləri siyasi, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli zəmin və imkanlar yaratmışdır.

ki, Azərbaycan-Konqo əlaqələrinin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığımızın dərinləşməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Konqo xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…