Operativ Məlumat Mərkəzi

Prezident İlham Əliyev: "Azərbaycan xalqı öz doğma qardaşlarına dəstək üçün əlində nə var onu gətirir"

2 dəq
Paylaş:
Prezident İlham Əliyev: "Azərbaycan xalqı öz doğma qardaşlarına dəstək üçün əlində nə var onu gətirir"

Bilirsiniz ki, xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Respublikasının ölkəmizdəki səfirliyində olarkən bildirib.

bildirib ki, kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir: “Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir”.

ictimai təşkilatlarımızın da dəstəklərini göstərdiklərini vurğulayıb: “ Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar.

Mənə verilən məlumata görə, özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar. Mənim göstərişimlə bizim ən böyük şirkətimiz SOCAR öz dəstəyini verməyə başlayır. Bilirsiniz ki, SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax