Operativ Məlumat Mərkəzi

Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib - YENİLƏNİB - 30.05.2025

2 dəq
Paylaş:
Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib - YENİLƏNİB - 30.05.2025

Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Harmsı qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, zamanı dövlətimizin başçısının Mixael Harmsla, həmçinin biznes dairələri və şirkətlərinin nümayəndələri ilə görüşləri məmnunluqla xatırlandı, Almaniya Prezidentinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin, o cümlədən iqtisadi sahədə əlaqələrimizin genişlənməsində rolu vurğulandı.

Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığın inkişaf etdiyi bildirildi.

Mixael Harmsın ölkəmizə səfərinin səmərəli olacağına və iqtisadi əməkdaşlıqla bağlı gündəliyimizin müzakirəsi üçün yaxşı imkan yaradacağına ifadə edildi.

Qonaq bu gün qarşılıqlı iqtisadi layihələrlə bağlı AZPROMO ilə “Yol xəritəsi”nin imzalanacağını qeyd edərək, bu məsələdə Azərbaycan Prezidentinin siyasi dəstəyini vurğuladı.

Görüşdə Azərbaycanda mövcud olan əlverişli investisiya şəraitinə toxunularaq, bu xüsusda alman iş adamlarının ölkəmizə sərmayə yatırmaları qeyd edildi və iqtisadi əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsı qəbul edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax