Əsas məzmuna keç

Prezident: "Azərbaycan və Türkiyə bundan sonra da bir-birinin yanında olacaq"

Prezident: "Azərbaycan və Türkiyə bundan sonra da bir-birinin yanında olacaq"

bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə...

" və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İlham Əliyev martın 16-da Ankarada keçirilən Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib.

“2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Eyni zamanda 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanındaydı. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir”, - deyə bildirib.

İlham Əliyev qeyd edib ki, 2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…