Operativ Məlumat Mərkəzi

Polşa Ukraynaya zirehli hərbi texnika tədarük edib

1 dəq
Paylaş:
Polşa Ukraynaya zirehli hərbi texnika tədarük edib

Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı çərçivəsində Polşanın Kiyevə tank, təyyarə, zirehli transportyor və özüyeriyən artilleriya kimi 1000 ədəd müxtəlif texnika edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə prezidenti Anjey Duda Ukraynaya səfərindən sonra verdiyi açıqlamada bildirib.

"Ümumilikdə, biz Ukraynaya 400-ə yaxın tank . Yalnız maşınlarını və ağır texnikanı hesablasaq, bir sözlə, mindən çox ağır silah verdik", - deyə Duda qeyd edib.

Duda bildirib ki, Ukraynaya təhvil verilən texnikalar arasında T-72 tankları, "RT-91 Twardy", "Leopard"lar, müxtəlif növ zirehli personal daşıyıcıları, Polşa istehsalı olan “Rosomak” və “Krab” piyada döyüş maşınları, 10 MiQ-29 döyüş təyyarəsi və 10 helikopter var.

Hesablamalara görə, Ukraynaya ümumi yardım təxminən 25,9 milyard dollar təşkil edib ki, bunun da təxminən 3,1 milyard dolları hərbi texnikanın tədarükünə xərclənib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax