Operativ Məlumat Mərkəzi

Polis Göyçayda əməliyyat keçirib

1 dəq
Paylaş:
Polis Göyçayda əməliyyat keçirib

Göyçayda qanunsuz yollarla ölkə ərazisinə külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, məhkum olunmuş 54 Vəli Quliyev və 35 yaşlı Nuranə Məmmədzadə saxlanılıb. Onlardan 10 kiloqrama yaxın marixuana, 2 kiloqram 280 qram tiryək və 425 ədəd psixotrop tərkibli həb aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri İran vətəndaşından satış məqsədilə əldə etdiklərini bildiriblər.

Məhkəmənin qərarı ilə onların hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax