Operativ Məlumat Mərkəzi

Pezeşkian Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - YENİLƏNİB

2 dəq
Paylaş:
Pezeşkian Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - YENİLƏNİB

Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti Məsud aprelin 28-də Şəhidlər xiyabanını edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Məsud Pezeşkian Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həyatlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

***

Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax