Operativ Məlumat Mərkəzi

Pediatr uşaqlarda davamlı baş ağrıları ilə bağlı valideynlərə çağırış edib

2 dəq
Paylaş:
Pediatr uşaqlarda davamlı baş ağrıları ilə bağlı valideynlərə çağırış edib

" heç bir səbəb olmadan baş ağrısı, başgicəllənmə, daimi yorğunluqdan şikayətlənirsə, valideynlər buna diqqət yetirməlidirlər. Əlavə olaraq yeniyetmələrdə qan təzyiqinə nəzarət olunmalıdır, də qohumlarda belə bir problem varsa".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim- Leyla Rəhimova bildirib.

Onun sözlərinə görə, körpə planlı şəkildə 1, 3, 6 və 12 aylarında, 1 yaşdan sonra isə ildə bir dəfə nevroloqun konsultasiyasından keçməlidir. Həkim alınan nəticələrdən asılı olaraq əlavə müayinə və müalicənin təyin olunduğunu söyləyib:

"Dissomniya - uşaqlarda gecə yuxusunun müxtəlif pozulmaları ilə qarşılaşdığı, heç bir görünən səbəb olmadan tez-tez oyanma, gecə qorxuları, keyfiyyətinin ödənilməməsi ilə ifadə olunan patoloji vəziyyətdir. 2-3 yaşa qədər körpələr üçün yuxu əsas ehtiyacdır, onsuz bədənin fiziki və zehni funksiyalarının sağlam inkişafı praktiki olaraq mümkün deyil".

Həkim-pediatr uşaqlarda yuxu pozğunluğunun əsas səbəblərini də açıqlayıb. Onun sözlərinə görə, bunlar aşağıdakılardır:

- Sağlam yuxu şəraitinin düzgün təşkil edilməməsi: uşaq axşam saatlarında aktiv oyunlar oynadıqda, filmlər seyr etdikdə, çox şirniyyat yedikdə;

- Müxtəlif somatik xəstəliklər ümumiyyətlə uşağın vəziyyətinə mənfi təsir göstərir, xüsusən də yüksək hərarət, bağırsaq sancıları;

- Mərkəzi sinir sisteminin zədələnmələri, psixonevroloji pozğunluqlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax