Operativ Məlumat Mərkəzi

Paytaxtın bir sıra rayonlarında qaz olmayacaq

1 dəq
Paylaş:
Paytaxtın bir sıra rayonlarında qaz olmayacaq

Bu gün (30.10.2025-ci il tarixdə) saat 09:30-dan etibarən , Binəqədi, və Suraxanı rayonlarında qaz xətləri üzərində təmir-quraşdırma işləri aparılacaq.

"Azəriqaz"dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, bu səbəbdən Səbail rayonu üzrə Bayıl və Badamdar qəsəbələrinin, 20-ci Sahə massivinin, Zərifə , İstiqlaliyyət, R. Rza küçələrinin və Neftçilər prospektinin, Nəsimi rayonu üzrə Nizami küçəsinin, Yasamal rayonu üzrə Ə.Quliyev küçəsinin, Binəqədi rayonu üzrə Sulutəpə və Xocahəsən qəsəbələrinin təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bununla yanaşı, Nizami rayonu üzrə Q.Qarayev prospektinin, A.Manafov, K.Balakişiyev, B.Çobanzadə, M.Abbasov, Ordubadi, İ.Müzəffəroğlu və küçələrinin, Suraxanı rayonu üzrə isə Hövsan qəsəbəsi, Hövsan Bağlar yaşayış sahəsinin də təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax