Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Paşinyandan Moskvaya mesaj: Rusiya ilə yeni münasibətlər qururuq

2 dəq
Paylaş:
Paşinyandan Moskvaya mesaj: Rusiya ilə yeni münasibətlər qururuq

Ermənistanın Nikol ölkəsinin yeni geosiyasi reallıqlar fonunda Rusiya ilə münasibətlərini yenidən formalaşdırdığını və bu prosesin uğurla nəticələnəcəyinə inandığını bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, Paşinyan bu barədə sosial şəbəkədə canlı yayım zamanı danışıb.

Baş nazirin sözlərinə görə, -Rusiya münasibətləri hazırda transformasiya mərhələsindədir və o, bu prosesi müsbət qiymətləndirir.

"Rusiya ilə münasibətlərimiz transformasiya mərhələsindədir. Mən bu transformasiyanı müsbət hesab edirəm, çünki bu yeni vəziyyətdə biz Rusiya ilə yeni qururuq və əminəm ki, uğur qazanacağıq. Qismən də ona görə ki, Rusiya ilə münasibətlərimiz açıq və səmimidir və heç bir qaranlıq küncləri gizlətmirik", - deyə Paşinyan bildirib.

O, həmçinin Ermənistanın xarici siyasət kursu ilə bağlı müzakirələrə də toxunub. Qeyd olunub ki, mayın 29-da Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana səfərindən sonra keçirilən konfransında Ermənistanın Avropa İttifaqı ilə inteqrasiya planları barədə suala cavab verib.

Mətbuat konfransında Putinə Ermənistanın həm Avrasiya İqtisadi Birliyində (AİB) qalmaq, həm də Avropa İttifaqı ilə yaxınlaşmaq siyasətini nə qədər davam etdirə biləcəyi ilə bağlı sual ünvanlanıb.

"Bunu etməyə çalışanlardan soruşun", - deyə Rusiya Prezidenti cavab verib.

Xatırladaq ki, Ermənistan rəhbərliyi Avropa İttifaqı ilə inteqrasiya kursunu dəstəkləsə də, ölkənin AİB-dən çıxmaq niyyətində olmadığını bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax