Operativ Məlumat Mərkəzi

Paşinyan: Mayın 25-də Moskvada Azərbaycanla Ermənistan arasında mümkün sülh sazişinin imzalanması real deyil

2 dəq
Paylaş:
Paşinyan: Mayın 25-də Moskvada Azərbaycanla Ermənistan arasında mümkün sülh sazişinin imzalanması real deyil

Vaşinqtondakı görüşdən əvvəl biz sülh müqaviləsinin mətninə düzəlişlərimizi Azərbaycana təqdim etmişdik və indi biz tərəfinin düzəlişlərini alacağımızı gözləyirik.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistanın Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Paşinyan ümid etdiyini bildirib ki, Azərbaycanın təqdim edəcəyi düzəlişlər Vaşinqtonda əldə olunmuş razılaşmalara, qarşılıqlı anlaşmada bəyan edilən irəliləyişlərə uyğun olacaq:

“Əgər biz Azərbaycan yaxın günlərdə bizə öz versiyasını təqdim etsə və biz görsək ki, sənəd qarşılıqlı güzəştlərə əsaslanır növbəti görüşlərdə mümkün sülh sazişi imzalana bilər. İndiyədək hələ cavab almamışıq.

qarantlara gəlincə, mən məmnunluqla qeyd etməliyəm ki, bu məsələdə də mövqelərimiz arasında müəyyən uyğunluqlar var”, - Ermənistanın hökumət başçısı bildirib.

qeyd edib ki, mayın 25-də Moskvada keçiriləcək görüşdə Azərbaycanla arasında mümkün sülh sazişinin imzalanması real deyil.

Paşinyan hesab edir ki, görüşə çox az vaxt qalıb və bu səbəbdən sazişin imzalanması qeyri-realdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax