Əsas məzmuna keç

Pakistanın baş naziri Türkiyəyə gedir

Pakistanın baş naziri Türkiyəyə gedir

Pakistanın baş naziri Şərif Kahramanmaraşda "əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələlərdən sonra nümayiş etdirmək üçün Türkiyəyə gedəcək.

"Operativ Məlumat Mərkəzi - OMM" xarici mediaya istinadən məlumatına görə, sabah Ankarada olması planlaşdırılan Şərifin Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.

Kahramanmaraşda baş verən zəlzələlərin çox dağıdıcı olduğunu dilə gətirən Şərif, " tarix boyu zəlzələ, sel və çətin anlarda bir ailə kimi Pakistanın yanında olduğu kimi, bu kədər anında da Türkiyənin yanındayıq" – deyib.

Şərif, Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Məhəmməd Əmcəd Xan Niazinin Türkiyəyə böyük miqdarda yardım ləvazimatları göndərilməsi üçün gəmi təklif etdiyini bildirib və Pakistan Hərbi Hava Qüvvələri və Pakistan Hava Yollarının (PİA) Türkiyəyə personal daşımaqla məşğul olduğunu vurğulayıb.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…