Operativ Məlumat Mərkəzi

Ötən il 175 nəfər münasibətdə olduğu şəxsin zorakılığına məruz qalıb - HESABAT

2 dəq
Paylaş:
Ötən il 175 nəfər münasibətdə olduğu şəxsin zorakılığına məruz qalıb - HESABAT

Ötən il əsaslı zorakılıqla bağlı 860 saylı Xəttinə 302 müraciət daxil olub, onlardan 175 münasibətdə şəxsin zorakılığına məruz qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında öz əksini tapıb.

Qeyd olunub ki, müraciət edənlərin 237 nəfəri qadın, 65 nəfəri kişi olub. Dəstək xəttinə edilən müraciətlərin sayı 2022‐ci illə müqayisədə 12,3% artıb.

Müraciətlərin əksəriyyəti psixoloji (288) və fiziki zorakılıq (146), həmçinin cinsi zorakılıqla (6) bağlı olub. edənlərin əksəriyyəti zorakılığın bir neçə növünün qurbanı olub və onlardan 175 nəfəri münasibətdə olduğu şəxs tərəfindən zorakılığa məruz qalıb.

Keçən il ərzində qəbul edilən zənglərin təhlilinə əsasən müəyyən edilib ki, müraciət edənlərin əksəriyyəti evli, orta təhsilli, işsiz şəxslərdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax