Əsas məzmuna keç

Ötən həftə azad olunan ərazilərdə 94 mina zərərsizləşdirilib

Ötən həftə azad olunan ərazilərdə 94 mina zərərsizləşdirilib

Azad olunan ərazilərdə fevralın 3-dən 9-dək 16 tank əleyhinə mina, 78 piyada əleyhinə mina, 294 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və...

Azad olunan ərazilərdə fevralın 3-dən 9-dək 16 tank əleyhinə mina, 78 piyada əleyhinə mina, 294 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 787 hektar minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, , Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd (DSX) və dörd özəl Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…