Operativ Məlumat Mərkəzi

Ötən həftə azad edilmiş ərazilərdə 277 mina aşkarlanıb

1 dəq
Paylaş:
Ötən həftə azad edilmiş ərazilərdə 277 mina aşkarlanıb

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları ilə bağlı məlumat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.

Bildirilib ki, azad olunan ərazilərdə oktyabrın 16-dan 22-dək olan müddətdə 130 tank əleyhinə mina, 147 piyada əleyhinə mina, 1067 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 611,4 hektar minadan təmizlənib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax