Əsas məzmuna keç

Ötən həftə 1300 hektardan çox ərazi minalardan təmizlənib

Ötən həftə 1300 hektardan çox ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə iyulun 21-dən 27-dək 15 tank əleyhinə, 46 piyada əleyhinə mina, 1097 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və...

Azad olunan ərazilərdə iyulun 21-dən 27-dək 15 tank əleyhinə, 46 piyada əleyhinə mina, 1097 hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) azad ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Ötən həftə ərzində 1354.2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, , Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…