Operativ Məlumat Mərkəzi

Ötən ay KTM-ə zəhərlənmə səbəbi ilə 104 nəfər qəbul edilib, 5-i ölüb

2 dəq
Paylaş:
Ötən ay KTM-ə zəhərlənmə səbəbi ilə 104 nəfər qəbul edilib, 5-i ölüb

Noyabr ayı ərzində Kliniki Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə ilə 104 nəfər qəbul edilib, beş nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə KTM məlumat yayıb.

Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 38 nəfər dərmandan, 34 nəfər sirkə turşusundan, 14 nəfər dəm qazından şəxslərdir.

Həmçinin 8 nəfər , 4 nəfər göbələkdən, 3 nəfər allergik reaksiya, 1 nəfər , 1 nəfər siçan dərmanı (rodentisid), 1 nəfər yandırıcı məhluldan zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib. Onların hər birinə zəruri tibbi yardım göstərilib, 99 nəfər kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5-i (3 nəfər kişi, 2 nəfər qadın) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu, botulizm və etanol zəhərlənmələrindən qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax