Operativ Məlumat Mərkəzi

“Onların Ermənistana təhvil verilməsi ehtimalı yoxdur”

2 dəq
Paylaş:
“Onların Ermənistana təhvil verilməsi ehtimalı yoxdur”
APA-nın hakimiyyətdəki mənbələrindən əldə etdiyi məlumata görə, belə ehtimal yoxdur.“Bu ehtimallar illüziyadır. Azərbaycan xalqına qarşı cinayət törətmiş...

arasında əldə ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David Tiqrani və Eulcekciyan Vigen Abraham Ermənistana təhvil verilib.

Bu addım obyektiv səbəbləri barədə məlumat yayılsa da, sosial mediada müzakirələrdə hazırda məhkəmə prosesi aparılan şəxslərin də sonda Ermənistana təhvil veriləcəyi ehtimalını irəli sürüblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, APA-nın hakimiyyətdəki mənbələrindən əldə etdiyi məlumata görə, belə ehtimal yoxdur.

“Bu ehtimallar illüziyadır. Azərbaycan xalqına qarşı cinayət törətmiş xuntanın rəhbərləri və digər şəxslərin azadlığa buraxılması və ya Ermənistana təhvil verilməsi ehtimalı yoxdur”, – deyə hakimiyyətdəki mənbə bildirib.

Başqa bir hakimiyyət rəsmisi də agentliyə qətiyyətlə eyni fikri söyləyib:

“Onlar törətdikləri cinayət əməllərinə görə cavab verəcəklər və günahları sübut olunduqdan sonra ən sərt formada cəzalandırılacaqlar”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax