Operativ Məlumat Mərkəzi

Ölkə ərazisindəki faktiki hava açıqlanıb

2 dəq
Paylaş:
Ölkə ərazisindəki faktiki hava açıqlanıb

Axşam və gecə bəzi yerlərdə şimşək çaxıb, arabir xarakterli yağış yağıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətin məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Balakən, Qax, Qrız, Sabirabad, Yevlax, Tərtər, , Şəki, Zaqatala, Ağstafa, Şəmkir, Naftalan, Daşkəsən, Sədərək, Şərur, Naxçıvanda 2 mm-dək olub.

Gədəbəy rayonunun Zəhmət kəndində saat 18:35-18:45 radələrində diametri 4-6 mm, Quba rayonunun Qudyalçay-Qımıl məntəqəsinə isə saat 20:28-20:32 radələrində xırda dənəli dolu düşüb.

Qərb küləyi Naxçıvanda və Naftalanda arabir 20 m/s, Mingəçevirdə 16 m/s -dək güclənib. Şahdağ, Lerik, Qrızda duman müşahidə olunub.

Havanın temperaturu iyunun 4-də iqlim normasından 4.7 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və yarımadasında 31, Naxçıvanda 35, rayonlarda 29, yüksək dağlıq ərazilərdə 16, Aran rayonlarında 35 dərəcəyədək isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı iyunun 9-u gündüzədək davam edəcək. Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsaən dağlıq və dağətəyi rayonlarda yağıntıların intensiv və güclü olacağı ehtimalı var.

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax