Operativ Məlumat Mərkəzi

Növbəti üç gün üçün hava proqnozu açıqlanıb

1 dəq
Paylaş:
Növbəti üç gün üçün hava proqnozu açıqlanıb

Yaxın günlərdə - mayın 19-u və 20-də Bakıda və yarımadasında buludlu, əsasən yağmursuz keçəcək.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, may ayının 18-dən 19-na keçən gecə bəzi yerlərdə yağış yağacağı, şimal-şərq küləyi ehtimal olunur:

"Bölgələrdə isə yaxın üç gündə - mayın 19-u, 20-si və 21-də yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli olacağı, çaxacağı və dolu düşəcəyi proqnozlaşdırılır".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax