Əsas məzmuna keç

Norveç müdafiə büdcəsini 56 milyard dollar artırmağı planlaşdırır

Norveç müdafiə büdcəsini 56 milyard dollar artırmağı planlaşdırır

hökuməti rəsmi internet saytında uzunmüddətli büdcəsi planı ilə bağlı bəyanat dərc edib və bunu "tarixi artım" kimi qiymətləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, açıqlamaya görə, Norveçin baş naziri Jonas Gahr Store, müdafiə büdcəsini 56 milyard (600 milyard kron) artıraraq 2036-cı ilə qədər ümumi müdafiə xərclərini təxminən 152 milyard dollar (1624 milyard kron) hədəflədiklərini ifadə edib.

Norveçin yaranan mühitində məqsədə uyğun bir müdafiəyə ehtiyacı olduğunu ifadə edən Store, bu vəziyyətin heç bir ölkəni və ya NATO-nu təhdid etmədiyini, müharibə vəziyyətində ölkələrini qoruyacaq vəziyyətdə olmaları lazım olduğunu söyləyib.

"Təhlükəsizlik mühitimiz pisləşdikcə, biz daha çox xərcləməli, müdafiə və hazırlıq məsələlərinə daha çox diqqət yetirməliyik",- deyə Store bildirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…