Ermənistan Rusiyaya idxalı qadağan edilmiş malların ixrac bazarını şaxələndirir.
“Operativ Məlumat Mərkəzi-OMM”-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı təşviqat çərçivəsində seçicilərlə görüşdə bəyan edib.
"Söhbət yeni satış bazarlarından gedir. Biz çevik reaksiyaya görə beynəlxalq tərəfdaşlarımıza minnətdarıq. Qızılgül, meyvə və tərəvəzlərin alınması ilə bağlı artıq konkret təkliflərimiz var", - Paşinyan deyib.
O, Rusiyaya ixracın qadağan edilməsi nəticəsində ziyana düşmüş istehsalçılara dəstək göstəriləcəyini vəd edib.
"Bibər xarab olacaq - mən o bibərin pulunu ödəyəcəyəm, hökumət ödəyəcək. Lakin bütün bunların nəticəsində Ermənistanda həm bibər istehsalı, həm də ixrac artacaq. İxraca haqsız maneələrin olduğu bütün hallarda dəstək və subsidiya proqramları həyata keçiriləcək", - Paşinyan bəyan edib.