Operativ Məlumat Mərkəzi

“Neftçi” – “Araz-Naxçıvan” görüşü heç-heçə başa çatıb

2 dəq
Paylaş:
“Neftçi” – “Araz-Naxçıvan” görüşü heç-heçə başa çatıb

Noyabrın 26-da futbol üzrə Premyer Liqasında XIV turun növbəti görüşü keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, paytaxtın “Neftçi” komandası “Araz-”ı qəbul edib. “Neftçi Arena”da keçirilən görüşdə komandalar hərəyə bir dəfə fərqlənib. Oyunda 41-ci dəqiqədə “Neftçi”nin heyətində Yuri Matias açıb – 1:0. Qonaqlar matçın son dəqiqələrində (90+3) hesabı bərabərləşdirməyə nail olublar. “Araz-Naxçıvan”ın heyətində Orxan Əliyev fərqlənib – 1:1. Görüş bu hesabla da başa çatıb.

Bu oyundan sonra aktivində 21 xal olan “Araz-Naxçıvan” beşinci, “Neftçi” isə 19 altıncı sırada qərarlaşıb.

Xatırladaq ki, çempionatın XIV turunun əvvəlki görüşlərində Qəbələnin eyniadlı komandası doğma meydanda “Turan Tovuz”a 4:0, “” səfərdə “Sabah”a 2:1 hesabı ilə qalib gəlib. “Səbail” isə “Kəpəz” ilə ev oyununda qolsuz heç-heçə edib. Tura bu gün keçiriləcək “Sumqayıt” – “Zirə” matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqasına 29 xalla “Qarabağ” klubu liderlik edir. Bir oyun az keçirən “Zirə” 27 xalla ikinci pillədə yer alıb. “Səbail” 22 xalla üçüncü, “Sumqayıt” 21 xalla dördüncüdür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax