Operativ Məlumat Mərkəzi

Narkotikə görə 6 nəfər saxlanılıb

2 dəq
Paylaş:
Narkotikə görə 6 nəfər saxlanılıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı uğurlu keçirilib və 6 nəfər saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, daxil olmuş məlumatları əsasında keçirilən tədbirlər zamanı rayon sakinləri - Natiq , Ceyhun Bədəlov, İlyas Cəfərov, Bağır , Elşən Niyətov və Yusif Musayev narkotiklərin dövriyyəsində şübhəli bilindikləri üçün saxlanılıblar. Şəxsi axtarış zamanı Natiq Adıgözəlov, Bağır Həsrətov və Ceyhun Bədəlovdan heroin, digər üç nəfərdən isə qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Araşdırma zamanı saxlanılanların əksəriyyətinin əvvəllər də analoji, eləcə də digər əməllərinə görə məhkum edildikləri məlum olub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax