Operativ Məlumat Mərkəzi

Narkokuryerliyə cəlb edilən şəxs tutuldu

2 dəq
Paylaş:
Narkokuryerliyə cəlb edilən şəxs tutuldu
İran vətəndaşlarının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanılıb. Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat...

İran vətəndaşlarının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Rayon İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində narkotik vasitələrin satışı ilə olan paytaxt sakini Quliyev saxlanılıb. Onun üzərinə baxış zamanı satış məqsədi ilə əldə etdiyi 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

Araşdırmalar zamanı Kamran Quliyevin sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik vasitələrin onlayn satışı ilə məşğul olan həmin ölkənin vətəndaşı ilə əlbir olduğu və onun pul müqabilində narkokuryerlik təklifi ilə razılaşdığı müəyyən edilib. Kamran Quliyevin həmçinin sosial şəbəkələrdə gənclər arasında narkotik vasitlərin təbliği ilə məşğul olduğu da müəyyən edilib.

Faktla bağlı Kamran Quliyevin barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax