Operativ Məlumat Mərkəzi

Mütəxəssis: Azərbaycanda meymunçiçəyinə qarşı kütləvi vaksinasiyaya ehtiyac yoxdur

2 dəq
Paylaş:
Mütəxəssis: Azərbaycanda meymunçiçəyinə qarşı kütləvi vaksinasiyaya ehtiyac yoxdur

Hazırda Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiyaya yoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin -eksperti, terapevt Zakir Quliyev virusla bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, hazırda yalnız endemik risk qrupunda olan ölkələrdə tətbiq olunur:

“ÜST və bir çox digər təşkilatların araşdırması göstərir ki, suçiçəyi virusunda istifadə olunan vaksinlər meymunçiçəyində də istifadə oluna bilər. Lakin hazırda Azərbaycanda həmin vaksinlərin vurulması tövsiyə olunmur, buna ehtiyac da yoxdur. Çünki bu virus endemik risk qrupuna daxil deyil”.

Xatırladaq ki, yanvarın 18-də Azərbaycanda ilk meymunçiçəyinə yoluxma faktı aşkarlanıb. Belə ki, 22 yaşlı vətəndaşı 2-11 yanvarda xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.

Simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.

Hazırda xəstə hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax