Operativ Məlumat Mərkəzi

Mirzoyan Türkiyəyə getdi

2 dəq
Paylaş:
Mirzoyan Türkiyəyə getdi

Türkiyənin naziri və ermənistanlı həmkarı Ararat Antalyada keçirilən forum çərçivəsində baş tutmuş görüşdə iki ölkə arasında münasibətlərin tam normallaşmasına nail olmağa hazır olduqlarını təsdiqləyiblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Martın 1-də Antalyada keçirilən Diplomatik Forum çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Hakan Fidanla görüşüb. Görüşdə Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi müzakirə edilib və tərəflər münasibətlərin tam normallaşmasına nail olmağa hazır olduqlarını təsdiqləyiblər. Bu istiqamətdə mümkün konkret addımlar barədə fikir mübadiləsi aparılıb”, - məlumatda bildirilib.

Qeyd olunub ki, tərəflər həmçinin dünyadakı və regiondakı vəziyyəti də müzakirə ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax