Operativ Məlumat Mərkəzi

Mikayıl Cabbarov Maykl Kratsios ilə görüşüb

2 dəq
Paylaş:
Mikayıl Cabbarov Maykl Kratsios ilə görüşüb

İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Ağ evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru Maykl Kratsios ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, görüşdə İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərinin ikitərəfli münasibətlərin gündəliyinin müzakirəsi, strateji müstəvidə tərəfdaşlığın inkişafı üçün əlverişli zəmin yaratdığı vurğulanıb. arasında qarşılıqlı maraqlar çərçivəsində həyata keçirilən layihələrin regionun inkişafı üçün önəmi qeyd olunub, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialın birgə təşəbbüslərlə reallaşdırılması imkanları nəzərdən keçirilib.

Müzakirələrdə Azərbaycanın strateji coğrafi mövqeyi, iqtisadiyyatın şaxələndirilməsi üçün həyata keçirilən islahatların uğurlu nəticələri, qeyri-neft-qaz sektorunun inkişafı, əlverişli biznes ve investisiya mühiti qeyd olunub. Vurğulanıb ki, qlobal çağırışlar fonunda iqtisadiyyatın rəqəmsal transformasiyası, bilik əsaslı sahələrin təşviqi Azərbaycanın inkişaf strategiyasının əsas prioritetlərindəndir.

Görüşdə texnoloji innovasiyalar, elmi yeniliklər və süni intellektin iqtisadi transformasiyada fundamental rolu vurğulanıb. Azərbaycanın regionda strateji bilik və innovasiya mərkəzinə çevrilməsi üçün görülən işlər, bu istiqamətdə ölkələrimiz arasında potensialının reallaşdırılması imkanları qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax