Əsas məzmuna keç

“Memar Əcəmi” metrostansiyasındakı keçiddə təmir işləri başa çatıb

“Memar Əcəmi” metrostansiyasındakı keçiddə təmir işləri başa çatıb

bu barədə "Bakı Metropoliteni" məlumat yayıb. Bildirilir ki, 1985-ci ildən istismar edilən keçiddə təmir zamanı köhnə divar üzlükləri, döşəmə daşları və...

“Bakı Metropoliteni” QSC Yaşıl xətdə yerləşən " " stansiyasının Cavadxan küçəsi istiqamətində olan keçidi və giriş-çıxışlarında aparılan əsaslı təmir işlərini yekunlaşdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" məlumat yayıb.

Bildirilir ki, 1985-ci ildən istismar edilən keçiddə təmir zamanı köhnə üzlükləri, döşəmə daşları və bəzi konstruksiyalar texniki-təhlükəsizlik qaydalarına riayət olunmaqla, mərhələli şəkildə dəyişdirilib. Divar və döşəmə üzlükləri daha keyfiyyətli analoqları ilə əvəzlənib, keçidin tavanı yüksək keyfiyyətli inşaat materialları ilə təmir olunub.

Giriş-çıxışların , sahə abadlaşdırılıb, keçidin çöl hissəsində yan divarların ətək zonası genişləndirilərək səki formasına salınıb.

Piyadaların, fiziki məhdudiyyətli insanların, o cümlədən uşaq arabaları ilə hərəkət edən şəxslərin rahatlığını təmin etmək məqsədilə keçidin üst hissəsində yerə xırda tamet daşları döşənib, panduslar yerləşdirilib və istirahət üçün oturacaqlar quraşdırılıb.

Həmçinin yerüstü hissə metal dirəklərlə çəpərlənərək ətrafda avtomobillərin səbəb olduğu xaotik vəziyyətin qarşısı alınıb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…