Əsas məzmuna keç

Məktəb direktoruna cinayət işi açıldı

Məktəb direktoruna cinayət işi açıldı

Masallı rayonunun F.Xancanov adına Musaküçə tam orta məktəbində baş vermiş qanunsuzluqlar barədə başlanan cinayət işinin ibtidai istintaqı yekunlaşıb. Bu...

Masallı rayonunun F.Xancanov adına Musaküçə tam orta məktəbində baş vermiş qanunsuzluqlar barədə başlanan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Masallı Rayon Prokurorluğundan məlumat verilib.

İstintaq zamanı məktəbin direktoru İlqar Cahangirovun 20 218 manat məbləğində dövlət vəsaitini mənimsəməsi və 11 500 manat məbləğində əmlakını yolu ilə ələ keçirməsinə əsaslı müəyyən edilib.

İlqar Cahangirova Cinayət Məcəlləsinin 178.2.3-cü ( mövqeyindən istifadə etməklə dələduzluq), 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 313 (vəzifə saxtakarlığı) və digər maddələrilə yekun ittiham elan edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…