Operativ Məlumat Mərkəzi

Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib

2 dəq
Paylaş:
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib

Medianın İnkişafı Agentliyi jurnalistlərə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, media nümayəndələrinə reallıqdan uzaq, əsassız yaymamaq tövsiyə olunub: “Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mənbəyi məlum olmayan, habelə reallıqdan uzaq, əsassız məlumatlar yayılmaqdadır.

Medianın İnkişafı Agentliyi tərəfindən aparılan araşdırmalar nəticəsində sözügedən məlumatların dezinformasiya mahiyyəti daşıdığı və ölkəmizə qarşı sistemli dezinformasiya hücumlarının tərkib hissəsi olduğu müəyyənləşdirilib.

Medianın peşəkarlıq və etik dəyərləri ilə ziddiyyət təşkil edən yalan məlumatların, dəqiqləşdirilməmiş rəylərin tirajlanmasını ölkəmizin beynəlxalq nüfuzuna kölgə salmağa hesablanmış növbəti uğursuz cəhd kimi qiymətləndiririk.

Media subyektlərini və jurnalistləri qeyri-dəqiq, mənbəyi bilinməyən məlumatlardan istifadə etməməyə və ölkəmizə yönəlmiş dezinformasiya hücumlarının istənilən təzahürlərinə qarşı prinsipiallıq nümayiş etdirməyə ”.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Media

Hamısına bax