Operativ Məlumat Mərkəzi

MEDİA və Dövlət Xidməti sosial şəbəkələrdə saxta paylaşımlarla bağlı birgə açıqlama yayıb

2 dəq
Paylaş:
MEDİA və Dövlət Xidməti sosial şəbəkələrdə saxta paylaşımlarla bağlı birgə açıqlama yayıb

Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət sosial şəbəkələrdə saxta paylaşımlarla bağlı açıqlama yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, açıqlamada deyilir:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ailə üzvlərinin adından guya vətəndaşların hansısa investisiya proqramına vəsait qoymağa təşviq edilməsi barədə bir sıra saxta hesablarında paylaşılan materialların saxta (“fake”) məlumat olduğunu bildiririk.

Azərbaycanın informasiya agentliklərindən birinin veb-saytının tərtibatını imitasiya edərək hazırlanmış saxta “müsahibə” dezinformasiya mahiyyəti daşıyır və ölkəmizin informasiya mühitini çirkləndirməyə yönəlmiş sistemli dezinformasiya hücumlarının tərkib hissəsidir.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa .

Saxta material, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Media

Hamısına bax