Operativ Məlumat Mərkəzi

MEDİA məlumat yaydı - 28.01.2025

2 dəq
Paylaş:
MEDİA məlumat yaydı - 28.01.2025

Bir sıra hesablarında Respublikasının Prezidentinin “deep-fake” texnologiyalarından istifadə edilərək hazırlanmış saxta videomüraciəti yerləşdirilib, habelə Xarici İşlər Nazirliyi adından “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması ilə əlaqədar həqiqəti , feyk məlumat yayılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.

"Qəti şəkildə bildirmək istəyirik ki, heç bir reallığı əks etdirməyən bu saxta məlumatlar mərkəzləşdirilmiş qaydada Azərbaycanın informasiya mühitinə müdaxilə xarakteri daşıyan dezinformasiya kampaniyasının tərkib hissəsidir.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və hesabları daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır. Eyni zamanda, dövlətin rəsmi mövqeyini ifadə edən müvafiq məlumatları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi saytı və sosial media hesablarından əldə edə bilərsiniz.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bir daha bu kimi hallara qarşı hər zaman prinsipial mövqe nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik", - açıqlamada bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Media

Hamısına bax