Əsas məzmuna keç

MDB dövlətləri təhlükəsizlik qurumlarının 57-ci iclası keçirilib

MDB dövlətləri təhlükəsizlik qurumlarının 57-ci iclası keçirilib

bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatında bildirilib. Məlumata görə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi...

Oktyabrın 16-da Respublikasının şəhərində MDB-yə üzv dövlətlərin və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 57-ci iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumata görə, Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev tədbirdə iştirak edib.

İclasın əsas mövzusu MDB regionunda terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa, informasiya təhlükəsizliyini təhdid edən hallara, ekstremizmə və radikalizmə, eləcə də sadalananların doğurduğu digər mənfi təzahürlərə qarşı səyləri birləşdirməklə birgə mübarizənin aparılmasına həsr olunub.

Həmçinin, tədbirdə MDB dövlətlərinin təhlükəsizliyinin etibarlı təmin edilməsi istiqamətində qarşıda duran plan və vəzifələr barədə ətraflı müzakirələr aparılıb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…