Operativ Məlumat Mərkəzi

Masallıda narkotiki evakuatorla daşımağa cəhd edən şəxslər tutulub

2 dəq
Paylaş:
Masallıda narkotiki evakuatorla daşımağa cəhd edən şəxslər tutulub

Masallıda narkotiki evakuatorla daşımağa cəhd edən şəxslər tutulub.

DİN-in Xidmətinin Lənkəran regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM" -ə verilən məlumata görə, ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilən külli miqdarda narkotik vasitəni Bakı şəhərinə satışını təşkil etmək şəxslər polis əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində Masallı rayonu ərazisində saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, diqqət çəkməmək və ifşa olunmamaq məqsədilə narkokuryerlər - 29 yaşlı Qadir Xandadaşlı və 27 yaşlı Elsun Əzizli əvvəlcədən yerdən götürdükləri narkotikləri fərqli üsulla daşımağa cəhd ediblər. Onlar Q.Xandadaşlıya məxsus yük yerində 16 kiloqram marixuana gizlədilmiş avtomobildə guya qəfil nasazlıq baş verdiyi görüntüsünü yaradaraq evakuator xidmətinə müraciət ediblər. Lakin onların bu niyyəti Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ifşa olunub və hər iki şəxs saxlanılıb.

Faktla bağlı başlanılıb, Q.Xandadaşlı və E.Əzizli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax