Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Makronun Lukaşenkoya zəngi diqqət çəkdi: Minsk Qərblə yaxınlaşır?

2 dəq
Paylaş:
Makronun Lukaşenkoya zəngi diqqət çəkdi: Minsk Qərblə yaxınlaşır?

nazirinin müavini İqor Sekreta Fransa Prezidenti Emmanuel Makronun Belarus lideri Aleksandr Lukaşenkoya etdiyi telefon zənginin Qərbin Minsk ilə münasibətləri normallaşdırmaq istədiyini göstərdiyini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “xarici KİV məlumat yayıb.

Sekreta bildirib ki, dövlət başçıları arasında əlaqələrin qurulması tamamilə normal haldır və son illərdə müşahidə olunmayan diplomatik münasibətlərə maraq artmaqdadır.

“Liderlər ünsiyyət quranda bu, tamamilə normaldır. Əsas müsbət cəhət odur ki, bir neçə ildir mövcud olmayan normal, mədəni əlaqələrə marağın artması müşahidə olunur”, - deyə o, "Birinci Məlumat" telekanalına müsahibəsində bildirib.

Belarus rəsmisi bu cür təmasların gələcəkdə daha da intensivləşəcəyinə ümid etdiyini vurğulayıb. O qeyd edib ki, Minsk ilə Vaşinqton arasında əlaqələrin canlanması Avropa ölkələrinin də Belarusa marağını artırır.

Sekretanın sözlərinə görə, zamanı regional və məsələləri, eləcə də Belarusun Avropa İttifaqı və xüsusilə Fransa ilə perspektivləri müzakirə olunub.

O əlavə edib ki, tərəflər arasında müzakirə ediləcək çoxsaylı məsələlər mövcuddur.

Qeyd edək ki, "BelTA" agentliyinin yaydığı məlumata əsasən, telefon danışığı mayın 24-də Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax