Operativ Məlumat Mərkəzi

Lukaşenko Prezidenti təbrik etdi

2 dəq
Paylaş:
Lukaşenko Prezidenti təbrik etdi

Belarus Respublikasının Prezidenti Aleksandr İlham Əliyevə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu, əziz dost.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Qeyd etmək xoşdur ki, qardaş Respublikası Sizin müdrik rəhbərliyinizlə Türk dünyasında getdikcə daha mühüm rol oynayır, regionda liderliyini gücləndirir və Belarus Respublikasının etibarlı strateji tərəfdaşıdır.

Sizinlə bu yaxınlarda Bakıda görüşümü məmnunluqla xatırlayıram.

Mən dostluğumuzu və etimada əsaslanan şəxsi münasibətlərimizi, qarşılıqlı dəstəyi və müxtəlif platformalarda açıq konstruktiv dialoqumuzu yüksək qiymətləndirirəm.

Əminəm ki, qlobal iqlim forumunun - COP29-un və Dünya Liderləri Sammitinin uğurla keçirilməsi ölkənizin nüfuzunu daha da gücləndirdi.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, rifah, uğurlar, Azərbaycan dövlətinə isə Sizin rəhbərliyinizlə daimi qələbələr arzulayıram".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax