Operativ Məlumat Mərkəzi

Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda uşaqlara ustad dərsləri keçirilib

2 dəq
Paylaş:
Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda uşaqlara ustad dərsləri keçirilib

Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Yevlax şəhərində “Gənclər Məkanı”nda üçün rəsm və art-terapiya mövzularında ustad dərsləri keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Nine Senses” İncəsənət Mərkəzinin müəllimləri tərəfindən regionlarda yaşayan uşaqlar üçün ilk dəfə keçirilən ustad dərsləri onların vaxtının səmərəli təşkilinə yönəlib.

İnnovativ üsulla rəsm və animasiya vasitəsilə uşaqların yaradıcılıq qabiliyyətinin və potensialının üzə çıxarılması, onların daha faydalı işlə məşğul olmaları, eləcə də gələcək fəaliyyət və peşə istiqamətlərini müəyyən etməyə töhfə verilməsi bu ustad dərslərin əsas məqsədlərindəndir.

Ustad dərsləri ərzində uşaqlar müxtəlif alət və ləvazimatlardan istifadə edərək rəsm çəkmək üçün tələb olunan ilkin bilikləri mənimsəmiş, habelə vasitəsilə dərs həyəcanının aradan qaldırılması, asudə vaxtın səmərəli planlaşdırılması texnikası ilə tanış olublar.

Uşaqlar üçün maraqlı və əyləncəli keçən, ən əsası da faydalı olan ustad dərsləri valideynlərin də rəğbətini qazanmış və dərslərin davamlı olması arzusu bildirilib.

Qeyd edək ki, qazanılan təcrübə və müsbət fikirlərə əsaslanaraq, bu və digər mövzularda ustad dərslərinin digər regionlarında da təşkili nəzərdə tutulur.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax