Operativ Məlumat Mərkəzi

Kristal Abşeron: "Binanın əyilməsi ilə bağlı məlumat təsdiqini tapmadı"

2 dəq
Paylaş:
Kristal Abşeron: "Binanın əyilməsi ilə bağlı məlumat təsdiqini tapmadı"

Ötən gün bəzi xəbər saytlarında " binaları əyildi, təhlükədə" başlıqlı yazılar dərc edilib.

"Qobu Park-2” kompleksinin tikintisində podratçı kimi çıxış etmiş "Kristal Abşeron"un əməkdaşları dərhal yayılan xəbərlə maraqlanıb və adıçəkilən binaya baxış keçiriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yayılmış görüntülərdə 2 bina arasındakı olmalı olan boşluq - antiseysmik tikişin üzərində olan dəmir listlərin dəyişdirilməsi işi öz əksini tapıb. Bu isə binanın dayanıqlılığına hər hansı bir təsir göstərmir.

Şirkət bildirib ki, bina Respublikasının Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələri tərəfindən yoxlanılıb. Yaşayış binası konstruktiv cəhətdən yüksək səviyyədədir və memarlığında hər hansı bir dəyişiklik yoxdur. “Qobu Park-2” binaları tam təhlükəsiz, sakinlərin rahat yaşamı üçün yararlıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax