Operativ Məlumat Mərkəzi

Kəmaləddin Heydərov Pakistan səfiri ilə görüşüb

2 dəq
Paylaş:
Kəmaləddin Heydərov Pakistan səfiri ilə görüşüb

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Səfiri salamlayan nazir Kəmaləddin Heydərov ilə Pakistan arasında mövcud dostluq və münasibətlərinin dərin tarixi köklərə malik olduğunu xatırladıb. Bu çərçivədə, nazir keçirilən görüşün iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əməkdaşlığın inkişafına mühüm töhvə verəcəyinə əminliyini ifadə edib.

Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri barədə qonağa geniş məlumat verən nazir 13 yanvar 2021-ci il tarixində İslamabad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində haqqında Saziş”in əhəmiyyətindən danışıb, uyğun qurumlar arasında münasibətlərin, o cümlədən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə Pakistan İslam Respublikasının müvafiq tədris müəssisələri arasında əməkdaşlığın perspektivlərinə toxunub.

Görüşə görə təşəkkürünü bildirən Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin dərin köklərə malik Azərbaycan-Pakistan qardaşlıq münasibətləri çərçivəsində iki ölkənin fövqəladə halların idarə edilməsinə məsul qurumları arasında qarşılıqlı faydalı əlaqələrin inkişafı üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax