Operativ Məlumat Mərkəzi

Kəlbəcər yolunda ağır yol qəzası olub, Türkiyə vətəndaşları ölüb - YENİLƏNİB-2

2 dəq
Paylaş:
Kəlbəcər yolunda ağır yol qəzası olub, Türkiyə vətəndaşları ölüb - YENİLƏNİB-2

Kəlbəcərdə yol qəzasında yaralanan və ölən şəxslərin kimliyi məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, hadisə Göygöl-Toğanalı- yolunun Ömər aşırımı hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mitsubishi" markalı minik maşını anidən idarəetmədən çıxıb. Nəticədə vasitəsi yoldan dərəyə aşıb.

Hadisə zamanı şirkət əməkdaşları olan vətəndaşları - 1977-ci il təvəllüdlü İ.Cörgülüoğlu, 1995-ci il təvəllüdlü S.Çelik ölüb, 1993-cü il təvəllüdlü M.Okumuş isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

07.18***

Göygöl-Toğanalı-Kəlbəcər yolunda yük maşını dərəyə aşıb, ölənlər və xəsarət alan var.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda yük maşınının dərəyə aşması nəticəsində avtomobildə olan 3 nəfərdən 2-si ölüb, daha biri ağır yaralarla xəstəxanaya çatdırılıb.

Onların ərazidə çalışan Türkiyə vətəndaşları olduğu bildirilir.

Hadisənin "Ömər aşırımı" nın yaxınlığında qeydə alındığı qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.

03:08***

Göygöl-Kəlbəcər avtomobil yolunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşması nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.

Onların kimliyi və hadisənin digər təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax