Operativ Məlumat Mərkəzi

Keçmiş məhkumdan heroin və metamfetamin götürülüb

2 dəq
Paylaş:
Keçmiş məhkumdan heroin və metamfetamin götürülüb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Hilal tutulub.

"Operativ Məlumat Mərkəzi-OMM" Daxili İşlər Nazirliyinin Xidmətinə istinadən xəbər verir ki, şəxsi axtarış zamanı saxlanılan şəxsdən 120 qramdan artıq və külli miqdarda metamfetamin aşkar edilərək götürülüb. H.Əsgərov ifadəsində həmin narkotik vasitəni 1500 manat qarşılığında “Instagram” sosial şəbəkəsində tanış olduğu iranlı narkotacirdən əldə etdiyini bildirib.

Belə ki, qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən narkotiki götürmək üçün paytaxta gedən H.Əsgərov əvvəlcədən ona deyilən ərazidən bağlamanı götürərərək Mingəçevir şəhərinə qayıdıb. Burada isə polis əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib.

Faktla bağlı başlanılıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir. Məhkəmənin də qərarı ilə H.Əsgərov barəsində həbs qətimkan tədbiri keçirilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax