Operativ Məlumat Mərkəzi

İsveçrədəki həmvətənlilərimiz ədalət tələb edir

2 dəq
Paylaş:
İsveçrədəki həmvətənlilərimiz ədalət tələb edir

Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş silahlı hücum İsveçrədə yaşayan soydaşlarımızda hiddət doğurub, həmvətənlərimiz birlikdən tələb edir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"yə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının və İsveçrə Azərbaycanlıları Dostluq, Mədəniyyət və Həmrəylik Assosiasiyasının yaydığı bəyanatlarda ölkəmizin İran İslam Respublikasındakı Səfirliyinin xidmətinin rəisi Orxan Əsgərovun qətli və missiyamızın iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı pislənib.

İranda heç bir diplomatik nümayəndəliyin, eləcə də heç bir insanın toxunulmazlığına zəmanətin olmamasından dərin narahatlıqlarını ifadə edən İran xüsusi xidmət orqanlarının belə ağır cinayət əməlləri törətməsinin qarşısının alınması üçün hüquqi-siyasi müstəvidə təcili tədbirlər görülməsinin önəminə diqqəti cəlb ediblər.

Bu ölkənin Azərbaycana münasibətdə Ermənistanla eyni mövqedən çıxış etməsini sərt şəkildə qınayan soydaşlarımız İsveçrə hökumətini və beynəlxalq ictimaiyyəti regionda baş verənlərlə bağlı ədalətli mövqe tutmağa çağırıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax