Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsrailin Livana zərbələri nəticəsində 6 nəfər öldü

2 dəq
Paylaş:
İsrailin Livana zərbələri nəticəsində 6 nəfər öldü

İsrail ordusunun gecə saatlarından Livanın cənub bölgələrinə endirdiyi hava zərbələri nəticəsində azı 6 nəfər həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Livanın rəsmi xəbər agentliyi "National News Agency" məlumat yayıbş

Bildirilib ki, İsrailə məxsus pilotsuz uçuş səhər saatlarında cənubdakı Brikaa qəsəbəsində hərəkətdə olan avtomobili hədəfə alıb və hücum nəticəsində 2 nəfər ölüb.

Həmçinin Tul qəsəbəsində Sheikh Ragheb Harb Hospital xəstəxanasının ətrafına endirilən PUA zərbəsi zamanı isə suriyalı gənc həlak olub.

Digər İsrail pilotsuz uçuş aparatı Nebatiyə əl-Fevka qəsəbəsini hədəfə alıb, döyüş təyyarələri isə Haruf və Şukin qəsəbələrinə hava zərbələri endirib.

Kefrsir qəsəbəsinə gecə saatlarında təşkil olunan hücumlarda daha 3 nəfərin qeyd olunub.

Xatırladaq ki, İsrailin Benyamin Netanyahu orduya Livanın paytaxtı Beyrut ətrafındakı Hizbullah obyektlərinə hava hücumları təşkil etmək barədə göstəriş verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax