Operativ Məlumat Mərkəzi

İspaniya polisi balıqçı gəmisindən bir ton kokain ələ keçirib

2 dəq
Paylaş:
İspaniya polisi balıqçı gəmisindən bir ton kokain ələ keçirib

İspaniya xüsusi xidmət orqanlarının əməkdaşları Kabo-Verde sahillərində İspaniyaya gedən balıqçı gəmisində bir ton ələ keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Milli Polisin agentləri Portuqaliya Ədliyyə Polisi və Vergi Agentliyinin gömrük nəzarəti orqanları ilə həyata keçirdikləri nəticəsində Kabo-Verde yaxınlığındakı sularda göyərtəsinə 1 000 kiloqram kokain yüklənmiş bayraqsız balıqçı gəmisini ələ keçiriblər”, - press-relizdə deyilir.

Qeyd olunur ki, İspaniyaya gedən gəminin altı ekipaj üzvü saxlanılıb. Onlardan ikisi Albaniya, qalanları Qayana vətəndaşlarıdır.

Nazirlikdən verilən məlumata görə, əməliyyat ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsi (DEA) və İspaniya Hərbi Dəniz Qüvvələri ilə birgə həyata keçirilib. İstintaq zamanı agentləri göyərtənin arxa hissəsində adətən kokain hidroxloridinin daşınması üçün istifadə olunan 40 bağlama aşkar ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax