Operativ Məlumat Mərkəzi

İrlandiya XİN Azərbaycana başsağlığı verib

2 dəq
Paylaş:
İrlandiya XİN Azərbaycana başsağlığı verib
bu barədə nazirliyin "X" səhifəsində yazılıb. "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması bizi...

İrlandiya Xarici İşlər Nazirliyi dekabrın 25-də AZAL-a Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirliyin "X" səhifəsində yazılıb.

" Hava Yolları"na məxsus təyyarənin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması bizi kədərləndirdi. Yaxınlarını itirən hər kəsə dərin hüznlə başsağlığı veririk. Fikirlərimiz həlak olanların ailələri və yaxınları ilədir", - paylaşımda bildirilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı , 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.

Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eyni zamanda İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax