Operativ Məlumat Mərkəzi

İrandan Azərbaycana narkotikin gətirilməsinin qarşısı alınıb

2 dəq
Paylaş:
İrandan Azərbaycana narkotikin gətirilməsinin qarşısı alınıb

Rayon Polis Şöbəsinin əməkdaşlarının İran İslam Respublikası ilə sərhədyanı ərazidə keçirdikləri tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik tərkibli vasitələr və həblərin qanunsuz dövriyyədən çıxarılması təmin edilib.

DİN-in Xidmətinin Bərdə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, polis əməkdaşlarının rayonun Əhmədli kəndi ərazisində keçirdikləri əməliyyat zamanı rayon sakini Kənan Muradlı saxlanılıb.

Ondan ümumilikdə, 8 kiloqramdan artiq heroin ve tiryək, eləcə də, ümumilikdə, 150 ədəd güclü təsiredici xassəyə malik metadon və tramadol həbləri aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı K.Muradlı ondan aşkarlanmış narkotik vasitələri "Baba" şərti adlı İran sakininin vasitəsi ilə sərhadyanı bölgədə Beyləqan rayonunun Əhmədli kəndində gizlədildiyi və oradan götürərək satıb pul qazanmaq məqsədi ilə əldə etdiyini deyib.

Faktla bağlı başlanılıb, K.Məmmədli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax