Operativ Məlumat Mərkəzi

İrandan Azərbaycana 20 nəfərə yaxın Ukrayna vətəndaşı təxliyə olunub

1 dəq
Paylaş:
İrandan Azərbaycana 20 nəfərə yaxın Ukrayna vətəndaşı təxliyə olunub

Bu gün səhər saatlarından 20 nəfərə yaxın vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərə görə, təxliyə qarşılıqlı razılaşmaya əsasən həyata keçirilir. "Astara" dövlət sərhədinin məntəqəsindən keçən əcnəbi sərhədçilərin müşayiəti ilə qarşılanır.

Hər bir əcnəbi çay süfrəsinə dəvət olunur və zərurət olarsa hazır vəziyyətdə həkim briqadası tərəfindən ilkin yardım göstərilir.

Səhər saatlarından etibarən kiçik qruplar halında əslən İrandan olan ABŞ və digər ölkə vətəndaşları, eləcə də 20-ə yaxın Ukrayna vətəndaşı da təxliyə üçün buraxılış məntəqəsinə daxil olublar.

Onların bildirdiyinə görə, səhər olmasına baxmayaraq, İran tərəfdə hələ ki, keçidi gözləyən insanlar çoxdur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax